. .

Türkiyə parlamenti Baydenin “soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul etdi

18:21 - 27 Aprel
    4920 oxunma

Türkiyə Böyük Millət Məclisində ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə əlaqədar işlətdiyi “soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul olunub.

Bəyanatda Baydenin açıqlaması sərt şəkildə qınanılıb.

“ABŞ Prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli açıqlaması ilə 1915-ci il hadisələri ilə əlaqədar erməni lobbilərinin iddialarını ehtiva edən tezisləri mənimsəməsini, Türkiyə Böyük Millər Məclisi olaraq təəssüflə və şiddətlə qınayır, tarixin siyasi motivlərlə təhrifindən başqa məna daşımayan bu əsassız iftiraları ən güclü şəkildə rədd edirik.

Tarixi mövzularda hökm verməyə hüquqi və əxlaqi icazəsi olmayan ABŞ prezidentinin bu açıqlaması nəzərimizdə yox hökmündədir”, - bəyanatda deyilir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84