Türkiyə müxalifətindən Azərbaycana dəstək

17:02 - 27 Sentyabr
    565 oxunma

"Ermənistanın beynəlxalq hüquqa zidd olaraq atəşkəsi pozmasını və mülki şəxslərin ölümünə, yaralanmasına səbəb olan hücumunu qınayırıq. Cümhuriyyət Xalq Partiyasının (CHP) hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğunu bir daha vurğulayırıq”.

Bu, CHP-nin Ermənistanın hərbi təxribatları ilə bağlı yaydığı bəyanatında əksini tapıb. Bəyanatda təmas xəttində baş verənlərdən narahatlıq keçirildiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın təcavüzkar hücumlarına dərhal son qoyulmalı, sülhün bərqərar olması üçün ilk növbədə, Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.

İYİ Partiyanın sədri Meral Akşener də Azərbaycana dəstək verib:

"Ermənistanın Azərbaycana qarşı hücumları qəbuledilməzdir. Türkiyə hakimiyyətini, beynəlxalq ictimaiyyəti və Minsk qrupunu erməni işğalının aradan qaldırılması və problemin həlli üçün təcili addım atmağa çağırıram. Hər zaman olduğu kimi haqlı davasında can Azərbaycanımızın yanındayıq”, - siyasətçi vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84