.
.

Türkiyə millisinin Bakıdakı son matçının hakimləri açıqlandı

15:43 - 18 İyun
    3733 oxunma


Avro-2020-də qrup mərhələsinin 3-cü turunun İsveçrə - Türkiyə qarşılaşmasının hakimləri açıqlanıb. 

Bizimxeber.az -ın məlumatına görə, UEFA-nın rəsmi saytı xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi isə Bastian Dankert (Almaniya) olacaq. Qeyd edək ki, iyunun 20-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84