Türkiyə ölkəmizdə heç bir hərbi baza qurmayacaq - MN-dən cavab

22:28 - 08 Yanvar
    1550 oxunma

Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı yayılan bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Vaqif Dərgahlı qeyd edib ki, Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84