“Türkiyə Avropa İttifaqına qoşulmağa hazırdır”

12:59 - 30 Dekabr
    960 oxunma

“Gələn il münasibətlərimizin daha müsbət istiqamətdə irəliləməsi üçün hazırıq”. Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekununa dair mətbuat konfransında Türkiyə və Avropa İttifaqı əlaqələrinə münasibət bildirərkən deyib. 

“AB ilə münasibətlərimizdə eniş-çıxışlar oldu, ötən il xüsusilə Yunanıstan, Kiprin yunan tərəfi və Fransa ilə gərgin keçdi. Buna baxmayaraq dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkələrin sağlam düşüncəsi öndə idi. Gələn il münasibətlərimizi daha müsbət istiqamətlərdə inkişaf etdirməyə hazırıq.

Prezidentimiz “Gələcək Avropadadır” deyəndə Avropanın bir parçası olduğumuzu bildirir. Hamı Avropa ilə yaxşı münasibətlər qurmaq istədiyi kimi, biz də eynisini edirik. Prezidentimiz son vaxtlar islahatlara çağırır. Türkiyə Avropa İttifaqına qoşulmağa hazırdır”,- deyə Çavuşoğlu qeyd edib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84