. .

Türkiyə ABŞ gəmilərinin Qara dənizə gəlmə ləğvini şərh etdi

13:01 - 15 Aprel
    11111 oxunma

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın hərbi gəmilərinin Bosfor vasitəsilə Qara dənizə keçidini ləğv etdiyini rəsmən təsdiqləyib.

Bizimxeber.az bildirir ki, söhbət "Roosevelt" və "Donald Cook" esminslərindən gedir. Bildirilirdi ki, ABŞ gəmiləri aprelin 14-15-dən mayın 4-5-dək Qara dəniz akvatoriyasında olmağı planlaşdırırdılar.

Çavuşoğlu deyib ki, bizə şifahi olaraq dedilər ki, gəmilərin keçməsi ləğv edilib. Amma onlar qərar dəyişdirə, əvvəlki bildirişdən istifadə edə və və gəmilərin göndərə bilərlər. ABŞ-ın bu bildirişdən istifadə etməsi üçün daha üç günü var, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, əgər üç gün ərzində gəmilər keçməyəcəksə, onlara yenidən xəbərdarlıq etmək lazım gələcək. 

Bu arada Pentaqon rəsmisi Con Kirbin bildirmişdir ki, ABŞ-ın Qara dənizdəki hərbi gəmilərinin əməliyyatları "gündəlik xarakter daşıyır", ABŞ bu əməlləri Türkiyə hökuməti ilə Montreux Konvensiyası çərçivəsində razılaşdırıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84