Türk Şurasından Azərbaycana dəstək: “İşğal olunmuş ərazilər dərhal boşaldılmalıdır”

16:05 - 13 Oktyabr
    1280 oxunma

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.

Bizimxeber.az məlumatına görə, bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

Qeyd olunur ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır:

"Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.

Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".

Bizixmeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84