Türk həkim yeni virusa qarşı peyvənd hazırlamağı planlaşdırır

15:27 - 22 Dekabr
    1150 oxunma

“BioNTech” Britaniyada ortaya çıxan koronavirisun yeni mutasiyasına qarşı peyvənd hazırlaya bilər. “France Press” xəbər verir ki, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru Uğur Şahin şirkətin 6 həftə ərzində yeni koronavirus növünə qarşı bir peyvənd hazırlaya biləcəyini açıqlayıb.

Şahinin sözlərinə görə, şirkətin “Pfizzer”  ilə birlikdə hazırladığı mövcud peyvəndin mutasiya olunmuş növünə qarşı təsirli olması gözlənilir, lakin zərurət yarandıqda pereparat birbaşa virusun “ingilis” variantına qarşı peyvəndlənmə üçün uyğunlaşdırıla bilər.

“Texniki olaraq 6 həftə ərzində yeni bir peyvənd istehsal edə bilərik”,- deyə Uğur Şahin qeyd edib.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84