“Türk Hava Yolları”nın təyyarəi İstanbulda təcili eniş etdi - FOTOLAR

00:52 - 04 Yanvar
    1150 oxunma

"Türk Hava Yolları”na məxsus karqo təyyarəsi təcili eniş etməli olub. Bizimxeber.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, aviaşirkətə məxsus B777-F tipli yük təyyarəsi saat 08:40-da İstanbuldakı Atatürk adına Beynəlxalq Hava Limanından qalxıb.

Uçuşdan qısa müddət sonra göydə quş sürüsü ilə toqquşan təyyarənin gövdəsində nasazlıq yaranıb. Karqo təyyarəsi enmək üçün yetərli ağırlıqda olması məqsədilə Mərmərə dənizi üzərində yarım saat yanacaq sərf edib. Bundan sonra təyyarə hava limanına uğurlu eniş edib.

Məlumata görə, karqo təyyarəsi İstanbul-Almatı reysini yerinə yetirirmiş. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84