Türk Hava Yolları 28 mayadək uçuşları ləğv edib

23:38 - 28 Aprel
    730 oxunma

Türk Hava Yolları yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aviareyslərin təxirə salınması müddətini 28 maya qədər uzadıb.

Bizimxeber.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə THY-nin baş direktoru Bilal Ekşi sosial media hesabından yaydığı açıqlamada qeyd edib.

B.Ekşi yazıb ki, pandemiya ilə mübarizədə uğur qazanmaq üçün ölkədaxili və ölkəxarici uçuşların müddətini uzaqtmaq məcburiyyətində qalıblar. 

Qeyd edək ki, THY-nin rəhbəri İlker Ayçı aviaşirkətin COVID-19-la mübarizə tədbirləri çərçivəsində əvvəlcə aprelin 17-dək, sonra isə mayın 1-dək uçuşların ləğv ediləcəyini bildirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84