Türk generaldan Qarabağ haqda açıqlama

12:42 - 30 Sentyabr
    950 oxunma

Türkiyənin Azərbaycandakı səfirliyində çalışan, bir ay öncə təqaüdə çıxan general Əli Dəmir “Hürriyyet” qəzetinə maraqlı müsahibə verib. General Ermənistanın Azərbaycana hücum etməsinin detallarını da açıqlayıb.

General Dəmir əvvəlcə “Rusiya bu döyüşlərin hansı tərəfindədir” sualına aydınlıq gətirib. O deyib ki, məsələyə hərbiçi kimi yanaşdıqda məsələ fərqli görsənə bilər. “Gedişatdan aydın olur ki, bu hücumlar Ermənistanın öz imkanları və qabiliyyəti ilə tərs mütənasibdir. Azərbaycan Ermənistandan 3 dəfə böyükdür. Eyni zamanda, hər cəhətdən güclüdür. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan iqtisadi və siyasi səhvlərini ört-bastır etmək üçün Rusiyanın dəstəyi ilə bu hücumları təşkil edir. Bir çox korrupsiya iddiası var. Pandemiya dönəmini olduqca bərbad şəkildə idarə etdilər. Daxildə isə narazılıqlar getdikcə artır”.

Əli Dəmir vurğulayır ki, Paşinyan hakimiyyətə gələrkən, amerikanvari bir havası vardı. “Əmin idi ki, “Los Anceles erməni diasporu”nun sayəsində bütün problemləri həll edə biləcək. Eyni zamanda, keçmiş prezident Köçəryan korrupsiyada ittiham edilirdi. Küçələr də bu səbəbdən etirazçılarla doluydu. Nəhayət, Paşinyan gəldi, Köçaryan həbs olundu. Amma sonra Paşinyan haqqında da korrupsiya iddiaları gündəmə gəldi”.

General deyir ki, Paşinyan və ailə üzvlərini adı siqaret və almaz qaçaqmalşılığında hallanır. “Əfqanıstandan idarə olunan bir qaçamaqalçılıqdan söhbət gedir. Hətta bunun üçün dövlət təyyarələrindən istifadə etdiyinə dair məlumatlar var”.

“Putin Paşinyanı qəbul edirmi” sualını cavablandıran general Dəmir qeyd edir ki, bunun şəxsi bir məsələ olduğunu demək olmaz. “Bu sırf siyasi məsələdir. Paşinyan hakimiyyəti yaxşı vəziyyətdə deyil. Son dövrlər ağır siyasi travmalar yaşayır. DİN başısı istefa verdi. Ermənistan MTN-nə iki nazir təyin olunsa da, hər ikisi istefa verməli oldu. Baş Qərargah rəisi istefa verdi. Korrupsiya iddiaları çox geniş yayılıb. Üstəlik, DST-nin siyahısında “Koronavirusla mübarizədə ən pis örnək olan 10 dövlət” arasında Ermənistan da var”.

Ttürk general müsahibəsində vurğulayıb ki, Los Anceles erməni diasporu da Paşinyanın arxasından çəkilib. “Bunun da səbəbi odur ki, Paşinyanın yenidən Rusiyaya üz çevirəcəyinə əmin idilər. Nəticə etibarı ilə daxili siyasətdə bacarıqsızlıq edincə, cəmiyyət narahatlanmağa başlayır və yekunda xarici müdaxilələr gündəmə gəlir. Ermənistan cəmiyyəti çox ciddi şəkildə narahatdır”.

Azərbaycanın işğal olunmuş torpaqlarımızı hərbi əməliyyatlar yolu ilə azad etməsi istiqamətində atdığı addımların Rusiya tərəfindən necə qarşılandığı və ümumiyyətlə, Kremlin münaqişəni həll etməyin tərəfdarı olub, olmadığını şərh edən Əli Dəmir bildirib ki, vəziyyət bir qədər fərqlidir. “Ermənistan 12 iyulda bir hücum təşkil elədi. Bu hücumlardan sonra Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi məsələsi zəruri bir şəkil aldı və reallaşdı. Rusiya onsuz da əvvəlcədən belə bir ittifaqdan narahat idi. Kremlin istəyi “Sülhmərmalılar” və “Birgə Əlaqələndirmə Sistemi” adı altında Azərbaycana hərbi birliklərini gətirməyə çalışırdı. Elə ona görə də, ermənilərin işğalı altında olan 5 rayonun Azərbaycana geri verilməsi təklifini ortaya atmağa başlayıb. İlk baxışdan burada xoş bir niyyətin olduğu diqqət çəkir. Əslində isə məqsəd “sülhmərmalı” adı altında Azərbaycanda yerləşməkdir. Əgər ruslar bircə dəfə Azərbaycanda hərbi birlik yerləşdirsələr, ondan sonra heç nə etmək mümkün olmayacaq. Buna xüsusi olaraq diqqət eləmək lazımdır”.

Keşmiş attaşe və Jandarma generalı Əli Dəmir “Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müdaxilə edə bilərmi” sualına belə cavab verib: “Rusiya Azərbaycan təzyiqlər təşkil edərək, daha da irəliləməsini istəməyəcək. Bu hücumların Laçın və Kəlbəcər daxil olmaqla, Şuşa, Ağdərə, Xocalı və Xankəndinə qədər uzanmasın deyə, davamlı olaraq “atəşkəs” çağırışları edəcək və bunu hər gün artıracaq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84