Türk əsgərləri Azərbaycana nə zaman gələcək? -  Açıqlama

11:16 - 28 Noyabr
    1880 oxunma

“İşğalçı Ermənistanın Qarabağdan çıxarılması Türkiyə- Azərbaycan qardaşlığının gücünü bir daha dünyaya nümayiş etdirdi”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Plan və Büdcə Komissiyasının iclasında deyib. “Otuz ildir Qarabağda davam edən Ermənistan zülmünə səssiz qalmadıq, bəzi ölkələr kar və kor olmağı seçdilər. Biz Ermənistanın mülki şəxsləri, şəhərləri bombalamasına susmadıq, hər cür imkanlarla Azərbaycanın yanında olduq”,- deyə F. Oktay vurğulayıb. 

Türkiyə Prezidentinin köməkçisi Azərbaycana dəstək verməyə davam edəcəklərini bir daha xatırladıb: “Şərqi Aralıq, Kipr və Liviya kimi bölgə məsələlərində Türkiyənin güclü duruşu və qardaş Azərbaycana 44 gündə Qarabağın azadlıq müharibəsində verdiyimiz dəstək davam etməkdədir.

Son qərarla Türkiyə hərbçiləri azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün ən qısa müddətdə Azərbaycandakı vəzifələrini icra edəcəklər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84