Trampın Vaşinqtondan gedəcəyi tarix açıqlandı   

22:35 - 15 Yanvar
    7240 oxunma


ABŞ Prezidenti Donald Tramp seçkilərdə qələbə qazanan rəqibi Co Baydenin inauqurasiya mərasimi günü Vaşinqtonu tərk edəcək. 

Bu barədə “Röyters” məlumat yayıb. Bir həftə əvvəl Baydenin andiçmə mərasiminə qatılmayacağını bəyan edən Trampın yanvarın 20-si səhər saatlarında Vaşinqtondan yola düşəcəyi qeyd edilir. 

Məlumata görə, o, Merilənd ştatında Endryus aviabazasında vida mərasimi keçirəcək. Daha sonra isə Floridadakı Mar-a-Laqo iqamətgahına yola düşəcək. Qeyd edək ki, Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84