Trampın səs yazısı mətbuata sızdı: "11 780 səs hara yoxa çıxdı"

14:48 - 04 Yanvar
    1050 oxunma

!-- Xeberin ortasında video/Inpage/ -->

Dünyanın aparıcı qəzetlərindən biri olan “Washington Post”, ABŞ Prezidenti Donald Trampla Georgia ştatının Dövlət Katibi arasındakı telefon danışıqlarının səs yazısını yayımlayıb. 

Trampın dövlət katibi Brad Raffenspergeri “seçki nəticələrini onun lehinə çevirmək üçün” addımlar atmağa çağırması iddiası ictimai müzakirələrə səbəb olub. Təxminən 1 saat davam edən danışıqda, seçkilərdə uduzmasının səbəbini və kritik ştatladan  biri olan Georgiada seçkilərdə qalib gəldiyini iddia edən Tramp, “İstədiyim budur: 11.780 səs hara yoxa çıxdı”, – deyə ifadə işlədib.

Rəsmi seçki nəticələrinə görə, Donald Tramp 11.797 səs fərqi ilə  demokrat rəqibi Co Baydenə məğlub olub. Lakin Tramp, seçki nəticələrinin onun lehinə qeyd edilməli olduğunu iddia edir.  (unikal.org)

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84