Trampa belə qarğış edən olmamışdı - “Qəlbim səninlədir, COVİD“

13:07 - 05 Oktyabr
    1040 oxunma

ABŞ-da “Saturday Night Live” televiziya proqramına qatılan tanınmış komediya aktyoru Kris Rok koronavirusa yoluxan Prezident Donald Trampa qarğış edib. 

O, efirdə "Qəlbim səninlədir, COVİD. Trampa upuzun sağalma dövrü arzulayıram" ifadələrini işlədib. Açılış üçün səhnəyə çıxan Rokun Prezident barədə dediyi sözlərə tamaşaçılar gülüş və alqışlarla cavab verib. Onun sözləri mətbuatda müzakirələrə səbəb olub.

Aktyor D.Trampa sağalma müddətinin uzanmasını arzulayıb: “Trampdan açıq şəkildə nifrət edən bəzi insanların ona “Tez sağalın" dediyini görmək çox qəribədir. Əlbəttə ki, prezidentin ölməyini istəmirəm. Amma deyim ki, ona çox uzun sağalma müddəti arzulayıram".

 
Trampa belə qarğış edən olmamışdı  - “Qəlbim səninlədir, COVİD“
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84