Tramp vidalaşdı
-
9880 oxunma
SİZİN REKLAM YERİNİZ
.jpg)
ABŞ Prezidenti Donald Tramp vida nitqi ilə çıxış edib.
Bizimxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, Cozef Bayden administrasiyasının hakimiyyətə gəlişini qəbul edib və onlara uğurlar arzulayıb: “Bu həftə biz yeni administrasiyanın inauqurasiya mərasimini keçiririk və mən ona Amerikanın təhlükəsizliyinin və çiçəklənməsinin qorunub saxlanılmasında müvəffəqiyyət qazanması üçün dua edirəm”.
Tramp Konqres binasına edilən hücumdan da danışıb: “Bütün amerikalılar Kapitoliyə hücuma görə dəhşətə gəlmişdilər. Siyasi zorakılıq – amerikalıların şərəflə qoruduqları hər bir şeyə hücum deməkdir. Bununla heç vaxt barışmaq olmaz”.
Qeyd edək ki, bu gün ABŞ-ın yeni seçilən Prezidenti Cozef baydenin andiçməsi olacaq.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84