Tramp: Rusiya ABŞ-ın hərbi gücünə həsəd aparır  

10:56 - 28 Oktyabr
    2220 oxunma

Rusiya və Çin ABŞ-ın hərbi gücünə həsəd aparır. 

Bunu ABŞ Prezidenti Donald Tramp Viskonsindəki tərəfdarları ilə görüşündə deyib. O, bununla belə, dövlətlərin əsla nüvə silahından istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib. 

Trampa görə, ABŞ dünyanın ən yaxşı silahlı qüvvələrinə sahibdir və nüvə silahları ən yaxşı formadadır. Bundan əlavə, Amerika lideri yenidən seçiləcəyi təqdirdə ABŞ-ı dünyanın əsas istehsalçısı edəcəyinə və Çindən asılılığa son qoyacağına söz verib.

Xatırladaq ki, daha əvvəl Tramp ABŞ ordusunun ÇXR və Rusiya Federasiyası liderlərinin həsəd apardıqları super hipersəsli raketə sahib olduğunu söyləmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84