Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı

09:34 - 12 İyul
    730 oxunma

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb.

RİA "Novosti" xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib.

Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb.

"Düşünürəm ki, bu - maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa qarşı olmamışam. Amma hər şeyin öz vaxtı və yeri var", - Tramp jurnalistlərə deyib.

ABŞ rəhbəri bundan əvvəl ictimai tədbirlərdə maskadan istifadə etməyib.

Daha əvvəl Tramp bildirib ki, o, qoruyucu maskadan istifadəyə qarşı çıxmır və Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən hərbi tibb mərkəzinə səfəri zamanı tibbi maskadan istifadə etmək niyyətindədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84