Tramp maska taxmağa razılaşdı

13:13 - 10 İyul
    1725 oxunma

Koronavirusdan ən çox ölüm halının qeydə alındığı ABŞ-da prezident Donald Tramp maska taxmağa söz verib. 

Bizimxeber.az xəbər verir ki, o, Uolter Rid adına hərbi hiospitala səfəri zamanı qoruyucu maskadan istifadə edəcəyini deyib. Vaşinqton ətrafındakı hospitalın ziyarəti bu gün baş tutmalıdır.

Tramp maskadan istifadə müəyyən hallarda özünü doğrultduğunu deyib. "Mən yaralı hərbçilərin müalicə edildiyi, eləcə də koronavirusla mübarizə apara tibb işçilərinin çalışdığı hərbi hospitala getməyi planlaşdırıram. Ora gedəndə maska taxmalı olacağam.

Düşünürəm ki, bu doğru addımdır". O, qeyd edib ki, adamın özü və ətrafındakılar daima testdən keçirilirsə, ara məsafəsi gözlənilirsə maskaya ehtiyac yoxdur.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84