Tramp Çini uyğurlara görə cəzalandırmaqdan imtina etdi

14:24 - 22 İyun
    625 oxunma

ABŞ prezidenti Donald Tramp Pekinlə sərfəli ticarət razılaşmasını pozmamaq üçün müsəlman uyğurların sıxışdırılması səbəbindən Çinə qarşı sanksiyaları təxirə saldı.

Bizimxeber.az xəbər verir ki, bu barədə Tramp “Axios” nəşrinin jurnalistinin suallarını cavablandırarkən deyib.

"Yaxşı, biz böyük bir əməliyyatın ortasındayıq... Mən bəlkə də 250 milyard dollarlıq sərfəli sövdələşmə bağlamışam", — deyə Tramp jurnalistin müvafiq sualına cavab verib.

O, izah edib ki, bu gün sanksiya tədbirindən imtina edib, çünki bu, danışıqlara mane olardı. Bundan əlavə, onun fikrincə, tətbiq etdiyi ticarət rüsumları Çin iqtisadiyyatına mümkün sanksiyalardan daha güclü zərbə vurur.

Qəzetin məlumatına görə, Tramp söhbətində "2020-ci ildə uyğurların hüquqları ilə bağlı siyasət haqqında" qanunun imzalandığını vurğulayıb.
“Mayın sonunda ABŞ Konqresi Çinə qarşı sərt sanksiyalar tətbiq etməyə imkan verən qanun layihəsini qəbul edib. Mətndə günahkar vəzifəli şəxslərə qarşı ciddi tədbirlərin görülməsindən, məsələn, vizaların verilməsindən imtina edilməsindən və onların mülkiyyətinin ABŞ-da dondurulmasından danışılır”-deyə Tramp bildirib.

 

Bizimxeber.az
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84