Tramp bir sözünə görə onu da istefaya göndərdi

13:08 - 18 Noyabr
    1410 oxunma

ABŞ Prezidenti Donald Tramp ABŞ Kiber və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) direktoru Kris Krebsi işdən çıxarıb. 

Tvitterdəki bir yazısında Tramp qərarını Krebsin seçkidə "ölü canların” səs verməsi də daxil olmaqla çox sayda pozuntu və saxtakarlıq ”olmasına baxmayaraq, 2020 seçkilərinin təhlükəsizliyi ilə bağlı verdiyi açıqlamanın "son dərəcə yanlış” olduğunu deyib.

Tramp "pozuntular" arasında müşahidəçilərin iddia edilən kənarlaşdırılması, səsvermə maşınlarındakı nasazlıqların "səsləri Trampdan Baydenə dəyişdirməsi", gec səsvermə və "xeyli başqa şeylər" olduğunu iddia edib.

Xatırladaq ki, bu açıqlamalara dair hələ heç bir dəlil təqdim edilməyib, Tramp qərargahının məhkəmə iddiaları isə məhkəmələrin çoxu tərəfindən rədd edilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84