Tramp 73 nəfəri əfv etdi  

14:19 - 20 Yanvar
    6640 oxunma


Dörd illik ABŞ prezidentliyindən sonra bu gün vəzifəsi ilə vidalaşacaq Donald Tramp yeni əfv qərarları ilə gündəmə gəlib. 

Bizimxeber.az bildirir ki, o, vəzifəsindən getməyə saatlar qalmış Ağ Evin keçmiş baş strateqi Stiv Bannon, məşhur repçilər Lil Vayne və Kodak Blək də daxil olmaqla, bir çox şəxsi əfv edib.

Qeyd edək ki, S.Bannon 2016-cı ildə D.Trampın seçki kampaniyasını idarə edib. O, ABŞ-Meksika sərhədində inşa ediləcək divar üçün toplanan yardımın bir qismini şəxsi ehtiyaclarına xərcləməkdə ittiham olunub. “The New York Times” ve CNN Trampın bu qərarını Bannonun məhkəməsi öncəsi atılan “önləyici addım” adlandırıb.

O da bildirilib ki, əfv olunanlar arasında onun heç bir ailə üzvü yoxdur. Ağ Ev Trampın prezidentliyinin son günündə əfvi istənilən 143 şəxsin siyahısını yayımlayıb. Prezident onlardan 73-ü üçün əfv qərarı çıxarıb, 70-nin isə cəzası yüngülləşdirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84