.
.

Toyota dünya bazarına yeni elektrikli avtomobil çıxarır - X Prologue

23:57 - 11 Mart
    6840 oxunma


Toyota yeni elektrikli avtomobil X Prologue modelinin ilk görüntüsünü yayıb.

Bizimxeber.az bildirir ki, Yapon avtomobil nəhəngi yeni avtomobil barədə ətraflı məlumat verməyib. Avtomobilin ön hissəsində quraşdırılan led fənərlər bazara yeni bir mükəmməl avtomobilin gəlişindən xəbər verir.   

"Autocar"ın məlumatına görə, şirkət 2021-ci ildə Avropa bazarına "Rav4" sinifinin elektrik krossoverini gətirəcəyini vəd etmişdi. Toyota nadir hallarda elektrikli modellər istehsal edir. Şirkət əlavə məlumat vermədən bildirib ki, verdikləri vəd yerindədir və Avropa üçün yeni elektrikli avtomobilin təqdimatının keçiriləməsi planlaşdırılır. 

Şirkət həmçinin ABŞ bazarı üçün hazırlanan yeni elektrikli - BEV və hibrid - PHEV avtomobillərinin 2021-ci ilin sonuna qədər istifadəçilərə çatdıracağını bəyan edib. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84