Toy çəkilişi edirdilər, partlayış oldu - Video

16:11 - 06 Avqust
    8895 oxunma

Sosial şəbəkələrdə avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışla bağlı daha bir video yayılıb. Görüntülərdə yeni evlənmiş livanlı cütlük İsraa Səblani və Ahmad Subeyhin Beyrut meydanında nikah fotosessiyası keçirərkən güclü partlayış baş verdiyi görünür. 

Hadisədən sonra onların həyatda olub-olmadığı marağa səbəb olub. Bundan sonra gənc cütlük KİV-ə açıqlamasında partlayış anından danışıb: “Biz qaçmağa başladıq və bu, çox üzücü idi. Partlayışın səsi və törətdiyi dağıntıları təsvir etmək mümkün deyil. Biz hələ də şokdayıq. Bu partlayışın səsinə oxşar bir səs heç vaxt eşitməmişik”,- deyə Ahmad Subeyh bildirib.

Cütlük yaşanan hadisəyə baxmayaraq nikah mərasiminə davam edib.

Xatırladaq ki, Beyrut limanında yerləşən pirotexniki anbarda baş vermiş güclü partlayış nəticəsində 137 nəfər ölüb, 5 minə yaxın insan xəsarət alıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84