. .

Torpaq uçqununa düşən şəxs belə xilas edildi - Video

13:28 - 09 İyun
    2715 oxunma


Xəbər verdiyimiz kimi, ötən gün Şəmkirdə torpaq uçqunu baş verib. 

Bizimxeber.az Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Sərxan kəndində torpaq uçqunu altında qalmış Məmmədov Rövşən Məzahir oğlu xilas edilib. O, çuxurdan çıxarılıb təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, uçqun ərazidə aparılan qazıntı işləri zamanı baş verib və orada işləyən 1983-cü il təvəllüdlü şəxs təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.

FHN həmin şəxsin xilasetmə əməliyyatının videosunu yayıb:




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84