. .

Topçu Vüsal evinə gəldi - VİDEO

11:01 - 12 Aprel
    10480 oxunma

44 gün davam edən Vətən müharibəsi zamanı məğrurluq və döyüşkənlik simvoluna çevrilən və Topçu Vüsal adıyla tanınan əsgər Şahkərimov Vüsal İslam oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıb.

İctimai" TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı videomaterialda:

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84