Tolik də icra başçısının cəzalandırılmasını tələb etdi — VİDEO

14:57 - 31 Avqust
    2905 oxunma

Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun karantin qaydalarını pozmasına etiraz edib. Bizimxeber.az xəbər verir ki, prodüser icra başçısının cərimələnməsini tələb edib: “O gün Vüqar Biləcərinin yasına gedən cavanların hamısını 3-4 saat ərzində tapdılar. Amma içi mən qarışıq bütün səhifələr Şəmkirin İcra başçısının yeyib-içməyini paylaşırıq, hələ bir xəbər yoxdur.

Deməli, bu Alimpaşaya yeyib-içmək olar, Türkiyədən gələn qardaşlarımızla yallı gedib, sağlıq demək olar? Mən başa düşürəm ki, qanun qanundur, yasa da getmək olmazdı. Amma o yasa gedənlərin də imkanı məncə azdır. Birinci Alimpaşanı tutub 400 manat cərimələyərdilər, sonra bunlara keçərdilər. Hərdən deyirəm danışmayım, amma danışmayanda da olmur”. 

Qeyd edək ki, İcra başçısı rayonda yerləşən "Qəsr" restoranında türk iş adamlarına ziyafət məclisi təşkil edib. Məclisdə icra başçısı qonaqlarla içki içib, əylənib.

Həmin görüntüləri təqdim edirik: 

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84