“Tofiq Yaqubluya qızı vəkillik edir, başıpapaqlısı yoxdur?” deyən aktyordan AÇIQLAMA

13:43 - 15 Sentyabr
    6490 oxunma

Bir neçə gün öncə tanınmış aktyor Abbas Qəhrəmanovun Tofiq Yaqublu ilə bağlı sosial şəbəkədə yazdığı fikirlər cəmiyyətdə narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri Əməkdar artisti qadın-kişi ayrı-seçkiliyi yaratmaqda ittiham edərək onu tənqid atəşinə tutublar.

Bizimxeber.az xəbər verir ki, paylaşımı səhifəsindən silən sənətçi məsələyə aydınlıq gətirib. Aktyor fikirlərinin düzgün başa düşülmədiyini qeyd edib: “Tofiq Yaqublunun kiminsə oyununda alətə çevrilməyini istəmirəm. Nə isə hissiyata dəymişəm, düzgün başa düşülməmişəm, çox təəssüf! Tofiq Yaqubluya dözüm, qızına, ailəsinə səbr diləyirəm”.

Xatırladaq ki, A.Qəhrəmənov T.Yaqublu haqda “Yaqubluya qızı vəkillik edir, oğlu yoxdur? Ya başqa başıpapaqlısı yoxdur? İmkan verin, ay arvadlar. Kişilər qərara gəlsinlər!” – deyə status paylaşmışdı. Qeyd edək ki, Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu on dördüncü gündür aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

 Fotoları təqdim edirik
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84