Tofiq Yaqubluya qan köçürüldü

16:54 - 16 Sentyabr
    1080 oxunma

Həbsdə 15 gündür aclıq aksiyası keçirən siyasi fəal Tofiq Yaqubluya qan köçürülüb. Bu barədə onun həkimi Adil Qeybulla jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, T. Yaqublunun vəziyyəti aclıq aksiyasına adekvatdır: "Onun həm çəkisində, həm də qan göstəricilərində dəyişiklik var. Qan göstəricilərinin aşağı düşməsi tendensiyası müşahidə edilir. Bütün bunlara görə, biz məcburən müəyyən tədbirlər gördük.

Ona qan və plazma köçürülməsi işinə başladıq. Bu fonda Tofiq Yaqublunun vəziyyətini ümumi stabil saymaq olar. Huşu özündədir. Hamıya salam deyir və optimist əhval ruhiyyədədir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84