Tofiq Yaqublu "Baku City Hospital"a köçürüldü

23:42 - 12 Sentyabr
    1970 oxunma

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu "Baku City Hospital"a köçürülüb. Bunu Qaynarinfo-ya professor Adil Qeybulla deyib. Adil Qeybulla Tofiq Yaqublunun vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84