Tünzalə Ağayevanın “məktubu yetişmədi”

16:04 - 25 Yanvar
    5960 oxunma


Yanvarın 18-dən etibarən sərt karantin rejimində bir sıra yumşaldılmalara başlanılıb. Belə ki, SMS-icazənin ləğvi, ticarət obyektlərinin açılması, şəhər və rayonlararası nəqliyyatın bərpa edilməsi, sərgi və muzeylərin yenidən təşkili, Bakı və bəzi bölgələrə giriş-çıxışa qoyulan məhdudiyyətin ləğvi, bərbər və gözəllik salonlarının fəaliyyətə başlamasına yönəlik qərarlar verilib.

Fevralın 1-dən etibarən isə məktəblərdə tədris prosesi əyani bərpa olunacaq. 1-4-cü sinif şagirdləri həftədə bir neçə dəfə olmaqla məktəbə gedəcəklər.

Lakin artıq 1 ilə yaxındır ki toy-nişan məclislərinin, xınayaxdıların və bu qəbildən olan digər təntənəli mərasimlərin təşkilinə qoyulan qadağa aradan qaldırılmır. Bu da qazanc yeri buradan olan insanların dolanışığına ciddi təsir edir. Artıq bir çox müğənnilər öz etirazlarını bildirir, iradlarını sosial şəbəkə vasitəsilə çatdırırlar. Xalq artisti Tünzalə Ağayava da TƏBİB-ə müracət edərək mədəniyyət və incəsənət sahəsində olan qadağaların 1 ildir davam etməsindən şikayətlənib.

"Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal” kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!"-deyə o bildirib.

Məlumdur ki, bu məsələ ilə bağlı qərarları Operativ Qərargah verir. Bəs TƏBİB necə, bu müraciətləri Operativ Qərargaha təqdim edirmi? Yaxud Mədəniyyət Nazirliyi mədəniyət-incəsənət xadimlərinin bu qəbildən müraciətlərini Operativ Qərargaha ünvanlayıbmı?

Ancaq görünür, Tünzalə Ağayeva da daxil olmaqla mədəniyyət sahəsində çalışanların müraciəti hələ ünvana çatmayıb. Belə ki, məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənmək istəsək də, sualımız cavabsız qalıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Cebhe.info-ya açıqlamasında sözügedən sahədə hansısa yumşalmaların olub-olmayacağı ilə bağlı dəqiq məlumatının olmadığını bildirib: "Bununla bağlı məndə heç bir dəqiq məlumat yoxdur. Bu barədə heç nə deyə bilmərəm". Mədəniyyət Nazirliyindən də telefon zənglərimizə cavab verilməyib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84