. .

Tiran Xaçatryan Paşinyandan əl çəkmir - Yeni məhkəmə iddiası qaldırdı

14:12 - 17 Aprel
    15498 oxunma

Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan xələfinin təyinatına qarşı çıxaraq məhkəməyə müraciət edib. 

Bizimxeber.az "Sputnik"ə istinadən bildirir ki, o, Arşak Karapetyanın peşəkar olmadığını iddia edərək İnzibati Məhkəmədə iddia qaldırıb. Xaçatryanın iddiası barədə məlumat Ermənistanın məhkəmə-hüquqi məlumat bazasında yayımlanıb.

Xaçatryan iddia edir ki, Arşak Karapetyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini təyin edilməsi üçün qanuni əsaslarla yanaşı peşəkarlığı da yoxdur.

Arşak Karapetyan baş qərargahın kəşfiyyat şöbəsinə rəhbərlik edib. Lakin 2016-cı ilin aprel döyüşlərindən sonra işdən qovulub. 2018-ci ilin dekabrında, ölkədə hakimiyyət dəyişikliyindən bir neçə ay sonra Paşinyan Karapetyanı özünə müşavir təyin edib.

Qeyd edək ki, prezident Sarkisyan Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsi barədə qərarını Paşinyanın təklifi ilə 24 fevralda qəbul edib.

Mətbuatda onun vəzifədən qovulmasına əsas kimi Paşinyanın döyüş əməliyyatları zamanı İskəndər raket sisteminin 10% partladığı barədə açıqlamasına verdiyi reaksiya olduğu yazılır. O zaman Yerevan.today Xaçatryandan Paşinyanın İskəndər raketləri ilə bağlı açıqlamasına şərh istəmişdi. Xaçatryan da gülərək bu cür açıqlamaların ciddi olmadığını demişdir -  "Əlbətdə ki, mümkün deyil ... Necə? .. İskəndər? .. Bir atış? .. 10%? .. Bağışlayın, amma bu ciddi deyil."

Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən qovulmasından sonra Silahlı Qüvvələrin baş qərargahı 40-dan çox yüksək rütbəli hərbçinin imzası ilə bəyanat yayaraq baş nazirin istefasını tələb etmişdi.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84