Tikinti şirkətlərinə milyonlar qazandıran qurumlar... – Özləri necə qazanır?

10:56 - 21 Yanvar
    27960 oxunma


Gömrükdəki işbazlar və onların əməlini görməyən İdxal-İxrac İdarəsi...

Ölkəmizin tikinti sektorunda uzun illərdir hökm sürən məlum vəziyyət qaydaların sadələşdirilməsinə rəgmən narahatedici olaraq qalmaqdadır. Adıçəkilən qalmaqallı bazarda böyük tikinti işləri həyata keçirən özəl şirkətlərin vətəndaşları aldatması, qiymətlərin şişirdilməsi, mənzillərin bir neçə alıcıya satılması, vergidən yayınma və sair hallar davam etməkdədir ki, bu da onlara inamı gün-gündən azaltmış olur.

Vəziyyət o həddə çatıb ki, yeni tikililərdən heç kim mənzil almaq istəmir. Bu xüsusda məlum şirkətlərin məmurlara məxsus olduğunu və ya nəzarətlərində fəaliyyət göstərdiyini nəzərə alsaq problemin hələ də düzəlmədiyi bəllidir. Ümumi anlayışda bu şirkət rəhbərlərinin əməllərindən nəinki vətəndaşlar, hətta dövlət, büdcə də ziyan görür.

Belə şirkətlərin fəaliyyətini araşdırdıqca olduqca ciddi pozuntu halları, cinayət əməllərinə necə imza adıqları ortaya çıxır. Vətən müharibəsindən sonra, eləcə də postpandemiya dövrünün başlandığını bir zamanda dövlətin daha çox vergi ödəmələrinə, büdcə formalaşdırılmasına ehtiyacı var. Hökümət büdcə gəlirlərinin artırılması üçün yeni-yeni layihələrin həyata keçirilməsini planlaşdırdığı halda bu işbazlar büdcəyə ziyan vurmaqda davam edirlər. Onlar yenə öz bildiklərini, qara əməllərini, hətta gömrük fırıldaqlarını davam etdirir, büdcədən oğurlayırlar. 

Əslində qanun nəyi tələb edir?

Əvvəlki illərdə olan qaydalarla yeni qanunlar arasında hansı fərqlər var? Yumşaldılmış və sadələşdirilmiş şərtlər yenəmi bu məmurları, şirkət rəhbərlərini qane etmir?

Borc pul verən zaman NƏLƏRİ BİLMƏLİYİK?

Bizimxeber.az bildirir ki, 2016-cı ilədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şirkətlər həm sadələşdirilmiş, həm də ƏDV ödəyicisi idilər. 2016-cı ildən isə vergi ödəyicisi iki vergi rejimindən birini seçmək imkanı əldə etdi: ya sadələşdirilmiş vergi sistemini seçməli, ya da ƏDV və mənfəət vergisi ödəyicisi kimi vergi öhdəliklərini yerinə yetirməli idi. Sadələşdirimiş verginin ödəyiciləri vergini hər kvadratmetrə görə hesablayıb ödəyirdi. ƏDV və mənfəət vergisi ödəyicisi isə vergilərini dövriyyə, xərc və mənfəət məlumatlarına əsasən hesablayırdı.

Sadələşdirilmiş vergi ödəyiciləri mənfəət vergisi ödəyiciləri olmadığı üçün onlar xərc maddələrinin sənədləşdirilməsinə o qədər də diqqət yetirmirdilər. Bu isə artıq dövlət üçün problem yaradırdı və sənədləşdirilməyən dövriyyələri stimullaşdırırdı.

Tikinti materialları bazarında - SON QİYMƏTLƏR - Finans.azBu hallar "kölgə istisadiyyatı" və qara mühasibat ilə mübarizədə müəyyən dövrdən sonra sadələşdirilmiş verginin ödəyicisi olmaq istəyinin azalmasına xidmət edəcəyi barədə fikirlər ortaya çıxarırdı. Üstəlik də tikinti sektorunda yüksək rentabellilik dövrünün arxada qalması bu dəyişikliyi daha da aktuallaşdırırdı.

Lakin yeni qaydalara görə,  tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər artıq vahid vergiqoyma sistemində fəaliyyət göstərir, ƏDV və mənfəət vergisi ödəyicisidirlər. Yəni dövlət burada da tikinti şirkətlərinin gələcək fəaliyyətini, reallıqlardan irəli gələn halları sığortalamağa çalışıb və rentabellik yaradıb. Elə isə bu qədər güzəşt, sığortalamadan sonra tikinti şirkətləri rəhbərlərinin gözü niyə doymur? Nədən onlar hələ də qara əməllərini davam etdirirlər? 

Bizimxeber.az-ın araşdırmalarına görə, ölkəmizdə fəaliyyət göstərən böyük tikinti şirkətləri inanılmaz yollarla gəlirlərini atırmaqdadırlar. Onlar bu əməllərini həyata keçirmək üçün digər şirkətlərdən, hətta rəsmi qurumlardakı adamlarından yararlanırlar. Araşdırması zamanı ölkəmizdə böyük həcmli tikinti işləri həyata keçirən şirkətlərin tikinti zamanı istifadə etdiyi materiallarının qiymətinin həddən artıq şişirdilməsi ortaya çıxıb. Şirkət rəhbərləri bu qara yollarla milyonlar qazanırsa, dövlət düdcəsindən milyon manatlarla vergi ödəməsindən yayınıblar və bu əməllərini davam etdirirlər.

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ilə müsahibə

Proses belə həyata keçirilir. Tikinti daha ucuz – keyfiyyətsiz kitay materaialları liə həyata keçirilir. Amma ucuz qiymətə aldıqları materialları rəsmi sənədlər üzərində türk məhsulları adı altında baha qiymətə rəsmiləşdirirlər. Bu qara fəaliyyət zamanı şirkət rəhbərlərinin köməyinə gömrükdəki işbazlar gəlir. Gömrükçülərlə əlbir olan şirkət rəhbərləri ölkə bazarından daha ucuz aldıqları (əsasən kitay məhsullarını) materiallarlala tikdikləri binanı tükr məhsulları adı altında daha baha qiymətə rəsmiləşdirilər.

Rəsmi qurumlar qarşısında binanın qiymətləndirilməsi və sənədlərin təqdim edilməsi zamanı məhsulların daha keyfiyyətli, bahalı və Türkiyədən alındığını təsdiq edən sənədlər təqdim olunur.

Beləliklə, şirkət rəhbərinə bir milyon manata başa gələn böyük tikili rəsmi sənədlərdə 5 milyona və keyfiyyətli məhsullarla tikildiyi qeyd olunur. Bu şişirtmə şirkət rəhbərinə mənzillərin daha baha satılması üçün stimul verir ki, nəticədə tikilinin gəliri qazancla birlikdə 6 milyon qiymətləndirilir. Burada gəlirdən yaranan ƏDV, mənffət vergisi, diğər ödəmələr - milyonlar vergidən yayınmış olur. Hələ nəğdləşdirmə də diğər məsələ.

Bir əməliyyatla ucuz materiallarla tikilmiş yaşayış binalarının gələcək təhlükəsi ilə yanaşı külli miqdarda vergidən yayınma cinayəti yaranır. Dövlət, vətəndaş ziyan çəkir, qazanan şirkət rəhbər və gömrük rəsmiləri olur. Əlbətdə bu bir neçə milyonluq cinayətə gömrük sisteminin kiçik əməkdaşları özbaşına imza ata bilməz. Baş verənlərdən daha iriçaplı məmurunun barmağı var. 

Təbii ki, gömrük rəsmiləşdirmələrinə, onların fəaliyyətinə ciddi şəkildə nəzarət etməli olan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbərliyi də yəqin ki, baş verənləri görməyə bilməz. Bu qurumun işi məhz belə cinayətləri görmək və qarşısını almaqdır. Əgər görmürsə və qarşısını ala bilmirsə deməli ya düzgün fəaliyyət göstərmir, ya da...  

Mikayıl Cabbarovun vəzifə verdiyi yeni departament rəhbəri kimdir? - FOTO -  FED.az
Elə isə maraqlıdır, dövlətin sahibkarlara, böyük şirkətlərə ciddi yardımı, vergi şərtlərinin yüngülləşdirilməsi ilə bağlı dəstəyi varkən rəsmi qurumların rəhbərləri ilə əlbir olaraq böyük cinayətə imza atan maxinatorlar nədən büdcə gəlirlərinə miyon manatlarla ziyan vurur? 

Bu hallar aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. Müharibə və pandemiyadan ziyan görən və inkişaf etməkdə olan bir dövlətin büdcə gəlirlərinin artırılması, gömrük sisteminin şəffaflaşdırılması əsas vəzifə olduğu halda məmurlar, onların əlaltı şirkətləri nədən ziyan vurmaqda davam edirlər? 

Bu suallara aidiyyatı qurumlar cavab axtarmalıdır.

Araşdırmalarımız davam edir. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84