Tibb bacısı “Pfizer” peyvəndindən sonra iflic oldu - FOTO

18:28 - 06 Yanvar
    1740 oxunma

Meksikada tibb bacısı “Pfizer” peyvəndindən sonra qismən iflic olub. Bu barədə RT xəbər yayıb. Karla Sesiliya Perezə dekabrın 30-da peyvənd vurulub. Bundan bir neçə saat sonra onun əlləri və ayaqları qismən tutulub. Qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb bacısının danışmaqda da çətinlik çəkdiyi vurğulanıb. Peyvənddən əvvəl, Perezin antibiotiklərə qarşı ciddi allergik reaksiyalarının olduğu bildirilir. Ona ensefalomiyelit (onurğa beyni və baş beynin təhlükəli zədələnməsi) diaqnozu qoyulub.

Hazırda qadının vəziyyəti sabitdir. Perezin ailəsi peyvəndin gizli yan təsirləri barədə daha çox araşdırma tələb edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84