.
.

"Təzəpir" məscidində bayram namazı qılındı

09:04 - 21 İyul
    2442 oxunma


Bakıda Qurban bayramı namazı qılınıb.

Bizimxeber.az xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Namazda İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84