. .

Türkiyə MN-dən Zəfər paradı ilə bağlı paylaşım - Video

11:44 - 10 Dekabr
    6623 oxunma

Türkiyənin Müdafiə Nazirliyi tvitter hesabında Bakıda keçiriləcək Qələbə paradı münasibətilə paylaşım edib. Bizimxeber.az aylaşımda Türkiyə- Azərbaycan birgə hərbi təlimləri, Qarabağdakı döyüş əməliyyatları və həmçinin parad hazırlıqlarından kadrların əks olunduğu video yerləşdirilib.

“Tək Vətən əməliyyatını uğurla həyata keçirən və Qarabağda böyük bir qələbə qazanan Azərbaycan türkü qardaşlarımızı təbrik edir və Bakıda təşkil olunan mərasimlərdə yürüş edəcək qəhrəman ordularımızın əsgərlərini qürurla salamlayırıq.

2783 şəhidimizə Allahdan rəhmət diləyirik”,- deyə paylaşımda qeyd olunub.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84