Teymur Rəcəbov bu dəfə məğlub oldu, 3-cü yer uğrunda mübarizə aparacaq

21:52 - 12 Fevral
    42640 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ümumi mükafat fondu 100 000 ABŞ dolları olan Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu günkü növbəti görüşləri uğursuz nəticələnib. 

Bizimxeber.az xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qıra bilməyib.

Belə ki, ilk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Lakin ilk iki partiyanıheç-heçə edən həmyerlimiz 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Məğlubiyyətə baxmayaraq Rəcəbov, sabah 3-cü yer uğrunda mübarizə aparacaq. Qrossmeysterin rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84