Tərtərdə 16 yaşlı Orxan İsmayılzadə erməni təxribatının qurbanı oldu - VİDEO

17:02 - 24 Oktyabr
    3060 oxunma

Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.  Düşmənin Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub. Yeniyetmənin həmin saatda bağda xurma yığdığı bildirilir.  

Bundan başqa, bu gün saat 9 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Qafqaz Yaqubov və Bəylər Şirinova məxsus fərdi yaşayış evlərinə də külli miqdarda ziyan dəyib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84