. .

““Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur” - Kamran Əliyev

12:56 - 10 May
    1633 oxunma


Baş prokuror Kamran Əliyev bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib. 

Bizimxeber.az xəbər verir ki, K.Əliyev son günlər “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O qeyd edib ki, “Tərtər işi” ilə bağlı istintaq 2017-ci ildə aparılıb: “Müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. 

Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84