“Tərəflər özləri Rusiyanın vasitəçiliyini seçiblər” - Lavrov

12:48 - 12 Dekabr
    1650 oxunma

“Dağlıq Qarabağdakı münaqişənin Azərbaycan-Ermənistan-Rusiya formatında həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb”. Bizimxeber.az “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziyası və Radiosuna müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, münaqişə tərəflərinin özləri Rusiyanın vasitəçiliyində maraqlı olublar: “İndi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Yalnız bu, bəyanatdakı iştirakçıların tərkibini müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola da bilməzdi”. 

Lavrov İranın narahatlığını başa düşdüyünü sözlərinə əlavə edib: “Çünki Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək, xüsusilə də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib.

Rusiya XİN rəhbərinin fikrincə, uzun illərdir hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil. Belə ki, münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır. “Hamımız yan-yana yaşayırıq və indi Zaqafqaziya ölkələri arasındakı problemlərin aradan qaldırılması zamanı qonşular olaraq bu prosesə kömək etməliyik”, - deyə nazir vurğulayıb.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84