.
.

Ter-Petrosyandan təklif: “Paşinyan gedib bir müddət xaricdə yaşasın...

14:03 - 16 Mart
    6720 oxunma


Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxış yolu kimi Baş nazir Nikol Paşinyanın istefa verərək bir müddət xaricdə yaşamasını təklif edib. 

Bu barədə erməni mediası məlumat yayıb. Petrosyan bildirib ki, Ermənistanın Milli Məclisi istefadan sonra Paşinyanın toxunulmazlığının təmin olunması barədə qərar verməlidir.

Keçmiş prezident müxalifət lideri Vazgen Manukyanın irəli sürdüyü təkliflərə də toxunub. "Vazgen Manukyan siyahi böhrandan çıxış üçün 3 variant təklif edib: a) Hərbi çevriliş, b) Vətəni Xilasetmə Hərəkatının təşkil etdiyi ictimai təzyiq nəticəsində Baş nazirin istefasına nail olmaq, c) Paşinyan tərəfindən erkən seçkilərin keçirilməsinin yolverilməzliyi.

Birinci variant konstitusiyaya ziddir. Müxalifətin təzyiqlərinə baxmayaraq, bunu dərk edən ordu hərbi çevriliş variantını qətiyyətlə rədd etdi.

İkinci varianta gəlincə, Vətəni Xilasetmə Hərəkəti kütlənin dəstəyini ala bilmədi və daxili fikirayrılıqlarına görə tükənmiş duruma düşdü.

Üçüncü variantla isə razıyam. Hazırkı Baş nazirin erkən seçkilər keçirməsi yolverilməzdir. Niyə? Çünki Baş nazir və onu dəstəkləyən siyasi qüvvə biabırçı məğlubiyyətə görə məsuliyyətdən yayınmaqla yanaşı, dövləti gücləndirməyi deyil, hakimiyyətlərini nəyin bahasına olursa-olsun qorumağı düşünürlər.

Bu baxımdan, hakim qüvvə tərəfindən keçiriləcək erkən seçkilərdə inzibati resurslardan istifadə olunacağı barədə fikirlərlə razıyam. Bu halda seçki məntəqələri gərginlik ocağına çevrilə bilər və biz Ermənistan tarixindəki ən biabırçı seçkilərin şahidi olarıq. Bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Ona görə də həm dövlətin, həm də xalqın və şəxsən Baş nazirin mənafeyinə uyğun olan yeganə çıxış yolu onun dərhal və könüllü istefası, eyni zamanda Milli Məclis tərəfindən toxunulmazlığına qanuni təminat verilməsidir.

Bu vəziyyətdə, Baş nazirin səlahiyyətləri ədalətli seçkilərin keçirilməsini təmin edə bilən bitərəf müavinlərdən birinə həvalə edilməlidir", - deyə Petrosyan bildirib.
 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84