. .

Ötən gecə İsrailə 200-dən çox raket atılıb

11:51 - 15 May
    900 oxunma


Ötən gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıb

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, dünən axşam saat 7-dən başlayan hava zərbələri bu gün səhər saat 7-yə qədər davam edib. Atılan 30-a yaxın raket Qəzza zolağına düşüb. Raketdən müdafiə sistemi 100-dən çox raketi zərərsizləşdirib.

Baş nazir Aparatının rəsmi nümayəndəsi Ofir Hendelman "Twitter" səhifəsində gecə vaxtı İsrailin "Həmas"ın Qüdsə atdığı uzunmənzilli raketi məhv etdiyini yazıb. İsrail hərbçiləri münaqişənin böyüməyə başladığı gündən bəri qarşı tərəfin 2000-dən çox raket atdığını qeyd ediblər.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84