Tələbələrə ödənişlərdə güzəşt olunmayacaq - Nazirdən açıqlama

18:35 - 27 Avqust
    1925 oxunma

Təxminən 113 min tələbə ödənişli təhsil alır. Onlardan 15 min 309 nəfərin ödənişləri müvafiq qaydada dövlət tərəfindən qarşılanır. Bu da 13 milyon manata yaxın vəsait deməkdir. 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu məqamda ehtiyac meyarı əsas götürülüb: "Pandemiya dövründən asılı olmayaraq, güzəştlərin bütün tələbələrə verilməsi o qədər də mümkün deyil. Ali təhsil müəssisələrinin maliyyə dayanıqlılığı tələbələrin ödənişlərindən asılıdır. 

Ödənişli əsaslarla oxuyan 17 min 200 tələbənin də ödənişi dövlət tərəfindən ödənilir. Bütün hallarda pandemiya ilə bağlı bir sıra güzəştlər edilib. Daha sonra atılacaq addımlar isə gələcəkdə vəziyyətin hansı istiqamətdə davam edəcəyindən asılıdır. Pandemiyanın nə zaman bitəcəyi bilinmir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84