. .

Təhsil Şurasının katibi: “Elmi məqalələrin əksəriyyəti keyfiyyətsizdir”

11:55 - 01 May
    8257 oxunma

Respublika Təhsil Şurasının katibi, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibi Böyükağa Mikayıllı "Facebook" sosial şəbəkə hesabında Azərbaycanda pedaqoji sahədə dərc olunan elmi məqalələrin keyfiyyət problemindən bəhs edib.

Bizimxeber.az bildirir ki, o, qeyd edib ki, bəzən jurnallarda elə elmi məqalələrlə rastlaşırıq ki, heç bir elmi yeniliyi, aktuallığı olmur. Məqalələrin müasir dövrün çağırışlarına cavab verməməsi, əslində elmin problemidir, deyə B.Mikayıllı vurğulayıb.

O, xüsusi olaraq diqqətə çatdırıb ki, müasir dövrlə səsləşməyən məqalələrin yazılmasının heç bir mənası yoxdur. Əgər oxucu elmi məqaləni oxumayacaq, məqalə konkret sahələrdə tətbiq olunmayacaqsa, onun yazılması öz mahiyyətini itirir.

Əgər elmi məqalə əhəmiyyətsizdirsə, deməli bu məqalənin söykəndiyi elmi iş də gərəksizdir. Böyükağa Mikayıllı qeyd edib ki, elmi məqalə elmi məqalə olmalıdır, söz yığınından təşkil olunmamalıdır. Halbuki bəzi müəlliflər məqalənin həcmini artırmaq naminə heç bir təcrübəyə və tədqiqata əsaslanmayan sözçülüyə geniş yer verir.

B.Mikayıllı vurğulayıb ki, təcrübəyə əsaslanmayan, elmi nəticəyə mailk olmayan məqalə heç kimə lazım deyil...

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84