Təhsil sahəsində də araşdırmalar aparılacaq?

18:42 - 14 May
    1950 oxunma

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra məlum olub ki, nazirliyin regional idarələrindən “aylıq” alınırmış.

Bizimxeber.az yada salır ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev bu barədə dindirmə zamanı bildirib. Onun sözlərinə görə, hər ay mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaiti çatdırıb.

Höccət Əsədullayev bildirib ki, Rafiq Bayramov onu kabinetinə çağırıb və Şəmkirdəki musiqi məktəblərindən müəllimlərə təyin edilən əlavə dərs saatlarına görə pul yığılması tapşırığını verib. “Mən hər ay Rafiq Bayramova 9 min manat verirdim. Maaşlar artandan sonra məbləğ dəyişdi, Rafiq Bayramova hər ay 11 min manat pul gətirirdim”, - deyə Höccət Əsədullayev əlavə edib.

Bu olaydan sonra Təhsil Nazirliyi diqqət mərkəzinə gəlib. Çünki vaxtaşırı mediada təhsil şöbələrinin məktəb direktorlarından “aylıq” alması barədə məlumatlar dərc olunur. Bu pulların “yuxarılar”a ötürülüb-ötürülmədiyi məlum olmasa da, belə halların baş verməsi sirr deyil.

Elə Mədəniyyət Nazirliyində keçirilən əməliyyatdan sonra sosial şəbəkə fəalları oxşar qanunsuz əməllərin təhsil sahəsində baş verdiyini əsas gətirərək bununla bağlı da araşdırmalar aparılmasını gündəmə gətiriblər. 

Bəzi ehtimallara görə, Prezident İlham Əliyevin başlatdığı islahatlar konsepsiyasına uyğun olaraq təhsil sahəsinə də diqqət yetiriləcək. Bu zaman həbslərin olacağı da istisna edilmir.

Vahid Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84