Təhsil Nazirliyinin məhkəməyə verilməsi üçün ciddi əsaslar yaranıb

17:19 - 02 Yanvar
    1080 oxunma

"Xaricdə distant formada oxuyub diplom alanların ölkəmizdə diplomlarının tanınmaması ilə bağlı hökuməti və ya Təhsil Nazirliyini məhkəməyə verməsi üçün ciddi əsaslar yaranıb".

Bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Artıq bir ildir ki, ölkəmizdə ali təhsil distant formadadır. Güman ki, bu, bir müddət də davam edəcək. İmtahanlar da distant formada təşkil olunur. Beləliklə, təhsil alma forması distantdır və qiymətləndirmə də distantdır. Yekunda isə bütün tələbələrə dövlət sənədi olan diplom təqdim olunacaq.

Qəribədir ki, Təhsil Nazirliyi məhz təhsil formasının distant formada olmasını əsas gətirərək xaricdə distant formada təhsil alanların sənədlərini ümumiyyətlə, yaxın buraxmır. Məlum Qaydalarda imtina ilə bağlı belə bir bənd var: "Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə".

Artıq məlum olduğu kimi, ölkəmizdə bütün ixtisaslar üzrə distant forma tətbiq olunur. Yəni, xarici distant diplomun tanınmasından imtina üçün əsaslar aradan qalxıb. Amma Təhsil Nazirliyi bu bəndə əsaslanaraq xarici distant diplomları müzakirə predmetinə çevirmir. Bu tip təhsilalanlar, distant səbəbindən birmənalı olaraq rədd edilir. Beləliklə, ziddiyətli vəziyyət yaranır. Ölkədə distant formada alınan diplom dövlət tərəfindən tanınır amma, məsələn, Harvardı distant bitirənin diplomu tanınmır".

Bu nə dərəcədə doğru bir yanaşmadır? 

Osman Gündüzün fikrincə, xarici ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiqlənən təhsil sənədinin tanınmaması ikili standartdan başqa bir şey deyil: "Ölkəmizin təhsil sistemində yeni yaranmış situasiya hüquqi müstəvidə Təhsil Nazirliyini çıxılmaz vəziyyətə salan bir fakta çevrilib. Fikrimcə, hökumət, Təhsil Nazirliyi bununla əlaqəli qanunvericiliyin təkmilləşdirilməsinə başlamalıdır.

"Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" yenidən işlənməlidir. Diplomların tanınmasına, təhsil formasından və təhsil aldığı ölkədən asılı olmayaraq ümumi, vahid qaydalar əsasında yanaşmaq doğru olardı".

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84