Təhsil Nazirliyinə yeni səlahiyyətlər verildi

17:46 - 30 İyul
    2220 oxunma

Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb. Bizimxeber.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmanla "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Əsasnamənin 8.8-ci bəndinə əsasən, Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya xidmətini yaradır.

Fərmanla təhsil müəssisələrinə akkreditasiya şəhadətnaməsinin verilməsi də Təhsil Nazirliyinin funksiyalarına əlavə olunub. Həmçinin Təhsil Nazirliyi tabeliyində olan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil edəcək. Nazirlik özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq edəcək və dəstəkləyəcək, onlara metodik kömək göstərəcək.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84