Təhsil naziri keçmiş vəzifəsinə onu təyin etdi (FOTO)

12:20 - 07 Yanvar
    1260 oxunma

Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İnstitutuna yeni direktor təyin edilib. Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Rüfət Əzizov Təhsil İnstitutunun direktoru təyin olunub. Təhsil naziri E.Əmrullayev bu gün R.Əzizovu institutun kollektivinə təqdim edəcək.

Qeyd edək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

O, 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Onu da qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev nazir vəzifəsinə təyinat alana kimi institutunun direktoru vəzifəsində çalışıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84