. .

Təhsil naziri bu qohumuna vəzifə verib – İddia

18:18 - 15 Aprel
    16234 oxunma

Emin Əmrullayevin Təhsil naziri təyin olunmasından sonra bu sahədə əsaslı dönüş olacağına, kadr siyasətində yerlibazlıq, tayfaçılıq “prinsip”lərinə üstünlük verməyəcəyi gözlənilirdi. 

Təhsil İnstitutunun direktoru vəzifəsindən nazir postuna gələn E.Əmrullayev isə gözləntilərin tam tərsinə siyasət yürütməkdədir. 

TİA.Az xəbər verir ki, nazir ayrı-ayrı vəzifələrə öz yaxın adamlarını yerləşdirməkdədir. Onlardan birinin Təhsil İnstitutuna direktor müavini olduğu iddia edilir. Məlumatda iddia olunur ki, nazirin xalası qızı İnstitutun direktoru Rüfət Əzizovun müavini vəzifəsini daşıyır.

Təhsil İnstitutunda direktor müavini isə Ülkər Babayevadır. Onun nazirlə qohum olduğu iddiaları yer almaqdadır. E.Əmrullayevin biznes sahəsindən gələn bir yaxınını da vəzifəyə təyin etməsi haqda informasiyalar var. Bununla bağlı dəqiqləşdirmə aparırıq.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84