Tədris nə vaxt başlayacaq?

23:12 - 14 Aprel
    7567 oxunma

Təhsil naziri Ceyhun Bayramov tədrisin başlanacağı tarix barədə danışıb.

Bizimxeber.az  xəbər verir ki, nazir AzTV-nin "Hədəf” verilişinə müsahibəsində bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.

Nazir bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir: 

"Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov hesab edir ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə ictimaiyyətə məlumat veriləcək. 

Qeyd edək ki, ölkədə martın 3-dən etibarən tədris dayandırılıb. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84